Premyer Liqada mövsüm başa çatdı.

Bundan istifadə edən bəzi futbolçular istirahət edir, bəziləri isə özünə komanda axtarır. İkinciyə daha çox "Kəpəz"in futbolçuları meyillidirlər. Bir sıra oyunçular Gəncə təmsilçisi ilə yolları ayırmaq niyyətindədir. Onlardan biri də Amil Yunanovdur. Redaksiyamıza daxil olan məlumata görə, hücumçu köhnə komandası "Şamaxı" ilə danışıq aparır. Məsələ ilə bağlı Offsideplus.az-a açıqlama verən Amil Yunanov bunları söylədi:

"Deyilənlərə görə "Kəpəz"də durum ürəkaçan deyil. "Şamaxı" ilə danışıq baş tutmayıb. Hələ ki, gözləyirəm. "